İnsanların 80%-nin qanında mikroplastik aşkar edildi
2022-03-25 18:00:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, alimlər ilk dəfə olaraq, insan qanında mikroplastik aşkar ediblər. Bu barədə araşdırma “Environment International” jurnalında dərc edilib.
Testdən keçmiş insanların demək olar ki, 80 faizinin (22 nəfər könüllüdən 17-nin) qanında mikroplastik aşkar edilb. Ən çox yayılmış plastik növləri polietilentereftalat, polietilen və stirol polimerləri olub. Bu plastilərlə hər birimiz hər gün qarşılaşırıq – bunlar plastik butılkalar və paketlərin, birdəfəlik yemək dəstlərinin tərkib hissələridir.
Alimlər bunu “inqilabi nəticə” adlandırıblar.
Hürr Tərcüman