📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnstaqram səhifələrini bu səbəbdən bağlayırlar

2022-03-03 15:50:00

İnstaqram səhifələrini bu səbəbdən bağlayırlar

İnstaqram və TikTok-da kifayət qədər populyar olan, yutubda tez-tez trendə düşən Ülvi Mustafayev və Fatimə Əhmədova "Vağzalı" filminin qala gecəsində görüntüləniblər.

Milli.Az xəbər verir ki, bir neçə gün əvvəl sosial şəbəkə hesablarını bağlayacaqlarını qeyd edən cütlük bunun səbəbini də açıqlayıb.

İnstaqramda 1 milyon abunəçisi olan Ülvi və Fatimə bildirib ki, bir müddət sosial şəbəkədən uzaqlaşmaq qərarına gəlib.

Onlar çox yorulduqlarını, sosial media detoksundan sonra geri qayıdacaqlarını vurğulayıblar.

Milli.Az