📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnstaqramdan istifadəçilərini sevindirəcək YENİLİK - FOTO

2021-12-08 12:35:00

İnstaqramdan istifadəçilərini sevindirəcək YENİLİK - FOTO

“Instagram” yeniyetmələrin internetdə daha təhlükəsiz istifadəsi üçün bir sıra funksiyalar təqdim edib.

Hurriyyet.az "oxu.az"a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri bildirib.

“Uzun müddətdir ki, gənclərin “Instagram”dan istifadə edərkən təhlükəsizliyini təmin etmək üçün çalışırıq. Bu işin bir hissəsi olaraq, bəzi yeni alətlər və funksiyalar barədə elan edirik”, - deyə o, bildirib.

Yeniliklərdən bəzilərinin gələn il istifadəyə verilməsi planlaşdırılır.

Beləliklə, valideynlər və qəyyumlar yeniyetmələrin tətbiqdə nə qədər vaxt keçirdiklərini görə və vaxt məhdudiyyətləri təyin edə biləcəklər.

İstifadəçilər onları izləməyən yeniyetmələri etiketləyə bilməyəcək.

Şirkət həmçinin uşaqları ilə sosial mediadan istifadəni müzakirə etməkdə kömək etmək üçün yeni valideyn və qəyyum təhsil mərkəzi hazırlayır.