📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İnter"dən Hakan Çalhanoğlu ilə bağlı qərar

2022-10-06 20:24:00

İtaliyanın "İnter" klubu türkiyəli futbolçusu Hakan Çalhanoğlu ilə bağlı qərar verib.

Milan təmsilçisi 28 yaşlı yarımmüdafiəçini komandada saxlayacaq. Çalhanoğlunun son olaraq UEFA Çempionlar Liqasının qrup mərhələsində "Barselona" ilə matçda (1:0, qolu Hakan vurub) əla oyun sərgiləməsi "İnter"ə qərarını qətiləşdirməyə təkan verib.

Qeyd edək ki, sözügedən oyunçu ilə İngiltərə və İspaniyanın bir sıra klubları yaxından maraqlanır.

Əlavə edək ki, Hakanın "İnter"lə 2024-cü ilədək müqaviləsi var. \\Offsideplus.az