📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnternet kəsildi, Kabul aeroportu iflic oldu

2025-09-30 13:17:07

İnternet kəsildi, Kabul aeroportu iflic oldu

Hurriyyet.az xəbər verir ki, ölkədə internetin kəsilməsi səbəbindən Əfqanıstanın paytaxtı Kabul şəhərində yerləşən hava limanında bütün aviareyslər, o cümlədən Dubaya və İstanbula uçuşlar ləğv edilib. 
Bu barədə Amu TV mənbələrə istinadla məlumat verib. Mənbələrin açıqlamasına görə, aeroport əməkdaşlarına internetin bağlanması barəsində xəbərdarlıq edilməyib.
Xəbər verdiyimiz kimi, Taliban hakimiyyəti Əfqanıstanda interneti tamamilə söndürüb. Ölkədə telefon rabitəsinin işi də pozulub.
Hürr Tərcüman