📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İnternetdə azyaşlı qızların TƏRBİYƏSİZ VİDEOSU yayıldı: - POLİS HƏRƏKƏTƏ KEÇDİ

2024-07-05 15:10:24

İnternetdə azyaşlı qızların TƏRBİYƏSİZ VİDEOSU yayıldı: - POLİS HƏRƏKƏTƏ KEÇDİ

Sosial şəbəkələrdə yetkinlik yaşına çatmayan qızlar arasında mübahisəni əks etdirən görüntülər yayılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, həmin görüntülər polis əməkdaşları tərəfindən araşdırılır.

Görüntüdə əks olunan azyaşlıların şəxsiyyəti müəyyən olunaraq valideynləri və vəkilləri ilə birlikdə polis orqanına dəvət olunublar.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.

Dia-az.info