📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İnternetə sızan bəzi sənədlər həqiqətə uyğun deyil" - Stoltenberq

2023-04-19 00:16:00

İnternetə sızma nəticəsində Pentaqonun bəzi məxfi sənədləri reallığa uyğun gəlmir.

Bunu çərşənbə axşamı CNN telekanalına müsahibəsində NATO-nun baş katibi Yens Stoltenberq deyib:

"Biz hamımız gördük ki, bu sızıntıların bəziləri həqiqətə uyğun deyil və manipulyasiya edilir. Mən onların NATO müttəfiqlərinin Ukrayna ilə bağlı etdiklərinə təsir edəcəyini düşünmürəm".

Bundan əvvəl Amerika KİV-ləri Pentaqon və ABŞ Ədliyyə Nazirliyinin Vaşinqton və NATO-nun Ukrayna Silahlı Qüvvələrini əks-hücum əməliyyatına hazırlamaq planlarına aid məxfi sənədlərin sızması ilə əlaqədar araşdırmaya başladığını yazıb.

“Twitter” və “Telegram”da silahların tədarükü cədvəlləri və qoşunların sayı barədə məlumatları açıqlayan çoxsaylı materiallar yerləşdirilib. \\Redaktor.az