İnterpol rəhbəri İrəvana gəldi... - İnterpolun aradığı Arayik isə Moskvaya getdi...
2022-10-28 11:44:00
İnterpolun baş katibi Yurgen Ştok Ermənistan polis rəisinin dəvəti ilə oktyabrın 27-də iki günlük işgüzar səfərlə Ermənistana gəlib.
Hurriyyet.az moderator.az-a istinadla xəbər verir ki, bu haqda tert.am məlumat yayıb.
İrəvanda İnterpolrəhbərini Ermənistan respublikasının polis rəisi, polis general-mayoru Vaqe Qazaryan qəbul edib.
Görüşün sonunda Ermənistan polisinin rəisi Vaqe Qazaryan İnterpolun baş katibi Yurgen Stoku “Əməkdaşlığın gücləndirilməsinə görə” medalı ilə təltif edib
P.S. Son məlumatlara görə, İnterpolla aradığımız Arayik hazırda Moskvadadır.... Görəsən, İnterpol rəhbərini Qarabağa buraxsaq, Arayiki tutub bizə verər...