İnterpolun axtardığı narkobaron İstanbulda ələ keçdi
2023-11-18 12:05:56
Türkiyə hüquq-mühafizə orqanları tərəfindən İstanbulda keçirilən "Kartel-2” əməliyyatı çərçivəsində Xorvatiyanın İnterpol xətti ilə axtarışa verdiyi və qırmızı bülletenlə axtarılan Nenad Petrak adlı narkobaron saxlanılıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya X-də yazıb.
“Onun Cənubi Amerikadan əldə etdiyi narkotiki Avropaya daşıdığı məlum olub. Xorvatiyanın Korrupsiyaya Qarşı Mübarizə və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Agentliyinin hesabatına görə, N.Petrak təxminən 9 ölkədə bir çox insanı cinayət təşkilatına bağlayan narkotik alverçisidir”, - nazir bildirib.
axar.az