📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İordaniya kralı ehtiyat edir: “Fələstin qaçqınlarını qəbul etsək...”

2023-10-17 13:32:33

İordaniya kralı ehtiyat edir: “Fələstin qaçqınlarını qəbul etsək...”

Hurriyyet.az xəbər verir ki, hazırda Berlində səfərdə olan İordaniya kralı II Abdullah mətbuat konfransındakı açıqlamasında İordaniya krallığı ilə Misirin Fələstin qaçqınlarını qəbul etməyəcəklərini bildirib.

II Abdullah deyib: “Fələstin qaçqınlarını qəbul etmək – bizim keçməyəcəyimiz xəttdir. Qəzzadakı müharibənin regionun başqa zonalarına doğru genişlənməsi ilə bağlı real təhdid mövcuddur və bunun nəticələri çox ağır olacaqdır”.

Hürr Tərcüman