📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İordaniya kralı İrana bağlı yaraqlıların hücumlarına etiraz edib

2022-07-27 15:39:00

İordaniya kralı İrana bağlı yaraqlıların hücumlarına etiraz edib

İordaniya kralı ikinci Məlik Abdullah iyulun 24-də dərc edilən "Əl-Rəy" qəzetinə açıqlamasında bildirib ki, ölkəsi öz sərhədlərində İrana bağlı proksi (niyabəti) qruplaşmaların müntəzəm hücumları ilə üzləşib.
O, bunu kəskin tənqid edərək, habelə digər ərəb ölkələri ikimi İordaniyanın da İranla yaxşı əlaqələr qurmaq niyyətində olduğunu bəyan edib, İslam Respublikasını öz davranışını dəyişməyə çağırıb.
İkinci Abdullah onu da qeyd edib ki, ölkəsi bölgədə gərginliyin tərəfdarı deyil və İordaniya hökuməti qarşılıqlı hörmətə, mehriban qonşuluq prinsipinə, digər ölkələrin suverenliyinə hörmət və onların daxili işlərinə qarışılmamasına əsaslanan əlaqələr yaratmaq istəyir.
İordaniya kralı sonda əlavə edib ki, ölkəsi digər ərəb ölkələri kimi uyuşdurucu maddə və silah tranziti marşrutu üzərində yerləşir və qaçaqmalçılar bu ölkə üzərindən Avropaya qaçaq yollarla narkotik və silah daşımağa çalışırlar.

Ülviyyə, Hurriyyet.az