İordaniya üzərində dörd İran raketi vuruldu
2026-03-03 17:25:29
İsrail hava hücumundan müdafiə qüvvələri İranın 4 ballistik raketini zərərsizləşdirib.
Publika.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, İordaniya və Qərb Şəriyə üzərində, həmçinin Qüds yaxınlığındakı ərazilərdə İran ballistik raketləri məhv edilib.
Məlumata görə, raketlər nəzərdə tutulan hədəflərə çatmadan vurulub.