📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İordaniya və Misir Qəzza zolağından olan fələstinliləri qəbul etmək istəmir

2023-10-17 14:27:09

İordaniya və Misir Qəzza zolağından olan fələstinliləri qəbul etmək istəmir

İordaniya və Misir Qəzza zolağından olan fələstinliləri qəbul etmək istəmir. Bu barədə İordaniya kralı II Abdullah bəyan edib. Kral, “qaçqınları qəbul etmək qırmızı xəttdir” deyib. Onun sözlərinə görə, hazırda nə İordaniyada, nə də Misirdə oktyabrın 7-dən sonra Qəzza zolağından gələn fələstinli yoxdur.

"Financial Times" məqaləsində qeyd olunur ki, yüksək rütbəli misirli məmur avropalı həmkarlarına deyib: “Siz bizim bir milyon insanı qəbul etməyimizi istəyirsiniz? İnsan haqlarına o qədər əhəmiyyət verirsinizsə, onları da siz qəbul etməlisiniz”. Misirin Qərb diplomatlarına mesajı aydın idi: ölkə Qəzza zolağına yardım çatdıracaq, lakin çoxlu sayda fələstinlinin qəbuluna qəti şəkildə qarşı idi.

Ülviyyə, Hurriyyet.az