İordaniyada kilsəyə hücum - 7 ölü
2026-10-23 18:46:40
İordaniyada naməlum şəxs kilsədə insanlara atəş açıb.
Hurriyyet.net “CNN”ə istinadən xəbər verir ki, Karak əyalətində baş verən hadisə nəticəsində azı 7 nəfər həlak olub.
İnsident dəfn mərasimi zamanı qeydə alınıb.
Hazırda hadisə yerindən qaçan həmin şəxsin axtarışları aparılır.