📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədrinin vəzifələri azaldıldı

2024-03-27 14:58:57

İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədrinin vəzifələri azaldıldı

“Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev fərman imzalayıb. 

Fərmana əsasən, fondun İdarə Heyətinin sədrinin vəzifələri azaldılıb. 

Bundan sonra, sədr fondun istiqrazlarının buraxılması üçün emissiya prospektini təsdiq etməyəcək.

President.az