📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İqlim dəyişikliyi: İnsan fəaliyyəti meşələrin karbon qazı yaymasına səbəb olur

2021-10-28 15:40:00

İqlim dəyişikliyi: İnsan fəaliyyəti meşələrin karbon qazı yaymasına səbəb olur

Dünyanın ən çox qorunan 10 meşəsi insan fəaliyyəti və iqlim dəyişikliyi nəticəsində xalis karbon yayıcılarına çevrilib.

Hurriyyet.az Musavat.com-a istinadən xəbər verir ki, bu narahatedici fikir YUNESKO-nun araşdırmaları əsasında ortaya çıxıb.

Tədqiqatlar nəticəsində məlum olub ki, 10 ən çox qorunan meşə son 20 il ərzində bağlı qaldığı üçün karbon yaymağa başlayıb.

Qeyd edək ki, sözügedən dünya irsi meşələri Almaniyadan iki dəfə böyük ərazini əhatə edir.

Eyni araşdırma, həmçinin dünya üzrə 257 qorunan meşələr şəbəkəsinin hər il atmosferə 190 milyon ton karbon çıxardığını ortaya qoyub.

mese-1565801237 (1).jpg (82 KB)

Lakin meşələr qeyri-qanuni ağac kəsimi, əkinçiliyin genişləndirilməsi və meşə yanğınları kimi təsirlərə məruz qalırlar.

Peykdən əldə edilən məlumatları ərazi izləmə məlumatları ilə tutuşduran tədqiqatçılar 2001 və 2020-ci illər arasında qorunan meşələr tərəfindən udulmuş və buraxılan karbon qazı miqdarını təxmin edə biliblər.

Ancaq ağacların və bitki örtüyünün bütün "biokütləsi" tərəfindən udulmuş milyardlarla ton karbon qazının hesablanması ilə yanaşı, tədqiqat bu ərazilərin bəzilərinin nə qədər təzyiq altında olduğunu da ortaya qoyub.

Giant sequoias in California - some of the oldest living things on Earth - have been lost to wildfire

Bu qiymətləndirmədə araşdırılan ərazilər rəsmi mühafizənin ən yüksək səviyyəsinə malikdir.

Onlar dünya üzərində təbii dəyərlərinə görə qlobal əhəmiyyətli hesab olunur, yaxından və davamlı olaraq izlənilir.

YUNESKO-nun əməkdaşı, həmçinin hesabatın həmmüəllifi olan Teyl Karvalyo Resend deyib: "Bu ərazilər hələ də ciddi təzyiq altındadırlar”.

“Əsas təzyiqlər kənd təsərrüfatına müdaxilə, ağacların qeyri-qanuni kəsilməsi, yəni insanların yaratdığı təzyiqlərdir. Lakin biz iqlimlə bağlı təhlükələri də aşkar etmişik- xüsusilə də meşə yanğınları."- deyə Resend əlavə edib.