📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İqtisadiyyat Nazirliyi Nizami “JEK”-nin məktubunu Konstitusiyadan üstün sayır

2022-02-04 19:09:00

İqtisadiyyat Nazirliyi Nizami “JEK”-nin məktubunu Konstitusiyadan üstün sayır

Korrupsiya siqnalları, barələrində şikayət edilən qurumlara göndərilir

Xətai məhkəməsinin 26.05.2009 tarixli və 21.06.2011 tarixli  2 qətnaməsi ilə 1-ci dərəcəli Qarabağ qazisinə sahibkarlıq amacı ilə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı əvvəllər 25 saylı Dairə Seçki Komissiyasının yerləşdiyi otaqların borclular - hazırda İqtisadiyyat Nazirliyi yanındakı  ƏMDK , Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin mütəşəkkil cinayətkar dəstə şəklində məhkəmənin qərarından 2 il sonra saxta şəhadətnamə ilə ələ keçirib satmalarına dair şikayəti  baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin 161 qaynar xətti son 4 ayda 5 dəfə (!)  qeydə alıb, amma hələ ki “mübarizə” şikayətçi ilə prokurorluq arasında gedir. Sən demə, korrupsiya ilə bağlı şikayətlər barəsində şikayət edilən quruma göndərilir və şikayətçiyə cavab verilməsi tapşırılır. Belə “mübarizə dələduzluğu” ilə, əlbəttə, məmur – oliqarxların işğal etdikləri əmlak işğaldan heç 28 il yarıma da qurtulmaz.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Elçin Yusubov 03.02.2022 tarixli məktubla  Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsindən daxil olan şikayətə cavab olaraq bildirib ki, XƏTAİ  MƏHKƏMƏSİNİN 2009-CU İLİN MAY AYINDA SAHİBKARLIQ MƏQSƏDİLƏ MÜDDƏTSİZ İSTİFADƏNİZƏ VERDİYİ NİZAMİ RAYONU, BƏHRUZ NURİYEV -10A ÜNVANINDAKI 94 kv.m qeyri-yaşayış sahəsi BALANSSAXLAYICI NİZAMİ rayon MKTB -nin , el dilində “JEK”-in 19.02.2008 tarixli , 02/09 nömrəli RAZILIQ MƏKTUBU  (?-M.B. ) ƏSASINDA İCARƏYƏ VERİLMİŞ və həmin 2008-Cİ İLDƏ ÖZƏLLƏŞDİRİLMİŞDİR. Bu əndrabadi cavabla borclu ƏMDX-nın rəis müavini  dövlətin adından çıxarılan məhkəmə qərarını “JEK”-in (olmayan saxta)  məktubundan aşağıda tutduğunu ortaya qoyub.

Axı “JEK”-in sərəncam vermək, əmlakın icarəyə verilməsinə razılıq məktubu vermək hüququ yoxdur. Hazırda Cəlilabad RİH -ə başçılıq edən keçmiş ƏMDK-nın sədr müavini  Rafiq Cəlilov, digər müavin Rüstəm Şahbazov 2007-2008-ci illərdə rəsmi məktublarla balanssaxlayıcı (müvafiq) icra hakimiyyəti orqanının razılıq məktubu əsasında əmlakın icarəyə verilə biləcəyini bildiriblər.

Rafiq Cəlilov 18.03.2008 tarixli məktubla  18.02.2008 tarixli NK-dan daxil olan müraciətə cavab olaraq bildirib ki, BƏHRUZ NURİYEV -10-DAKI qeyri-yaşayış sahəsinin istifadənizə verilməsinə NİZAMİ RİH -İN münasibət bildirməsindən sonra baxıla bilər. Yəni ƏMDX-nın rəis müavini Elçin Yusubovun “JEK”-in 19.02.2008 tarixli razılıq məktubu əsasında əmlakın icarəyə verilməsi barədə bildirdiyi, nağıldan, qanuna hörmətsizlikdən başqa, həm də əmlakın mütəşəkkil  dələduzluqla,  rüşvətlə , korrupsiya yolu ilə ələ keçirilməsini üzə çıxarır.  Elçin Yusubovun 2008-ci ili vurğulaması  məhkəmə qərarının 2009-cu ildə qəbul edilməsindən qaynaqlanır. Borclu ƏMDX-nın rəis müavini iddia edir ki  “JEK”-in 2008-ci il tarixli məktubunu 2009-cu ildə məhkəmə ləğv edə bilməzdi, məhkəmə yanılıb, əmlakın icarədə olduğunu bilməyib.

ƏMDK -nın nağılının məntiqə sığmadığını cavabdehlərin elə “JEK” ilə ƏMDK olması ortaya qoyur. 2008-ci ildə əmlakı özləri mütəşəkkil dəstə şəklində özəlləşdiriblərsə, niyə 2009-cu ildə keçirilən məhkəmədə bu barədə danışmayıblar, uyğun sənədi təqdim etməyiblər? Hətta Rafiq Cəlilov 17.03.2011 tarixli məktubla bildirib ki, “JEK” razılıq verəndən sonra məhkəmə qərarının icrasına baxıla bilər.  Əmlak dələduzluğu məntiqi ilə məhkəmənin qərarını “JEK” və ƏMDK ləğv edə bilər! (?) Konstitusiyaya hörmətsizliyə baxın, dılğır bir “JEK”-in məktubu dövlətin adından çıxarılan məhkəmə qərarından üstün sayılır! (?) Belə hüquq(suz), qanun(suz) təminat(ı) ilə , əlbəttə, ölkədə qanun yox, “JEK” müdiri şah olar!

Borclu İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nın rəis müavini Elçin Yusubov bilərəkdən Xətai məhkəməsinin ( 3 il tələbkardan  gizlətdilən) 21.06.2011 tarixli ikinci qətnaməsindən danışmayıb. Həmin qətnamə əsasında verilmiş 22.07.2011 tarixli icra vərəqəsində icranın Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanında davam etdirilməsi yazılıb. Bu qətnamə və icra sənədi də “JEK”-in saxta məktubundan, ƏMDX-nın əmlak alverindən aşağıdadır?

Xatırladırıq ki, istənilən mülkiyyət hüququnu təsdiq edən sənədi məhkəmə qanunsuz saya bilər və bu barədə çoxlu məhkəmə qərarları var. ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələri, hətta Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsi  (də) məhkəmə qərarını hansısa məktubdan, saxta – doğru çıxarışdan aşağıda sayırsa, vay hüququn, qanunun,  Konstitusiyanın halına! Baş prokuror və yanındakı korrupsiyaya qarşı mübarizə baş idarəsinin korrupsiya ilə bağlı şikayətləri barəsində şikayət edilən quruma və ya vəzifəli şəxsə göndərməkdənsə, ƏMDX-nın rəis müavini Elçin Yusubovun ,Rafiq Cəlilovun, Nizami RİH -in məsul şəxslərinin  (Tahir Budaqov, Arif Qasımov, 1-ci müavin Qərib Məmmədov ,  ictimai -siyasi şöbənin müdiri Əli Axundov və s.) ,  “JEK” müdiri Həsən Sadıxovun, hüquqşünası Vüqar Babayevin, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin məsul şəxslərinin, keçmiş icra baş idarəsinin rəisi Nurəddin Mustafayevin, Xanlar Zeynalovun  və digərlərinin əmlakı 8200 manata sənədləşdirib, 15-20 dəfə baha qiymətə kimə satmalarına hüquqi qiymət verməsi daha məntiqli və görəvlərinə uyğun olar.

Qarabağ qazilərini əmlakı hansı oğru məmurun işğal etməsi , hansı qrupun yeminə çevrilməsi - istər Minsk qrupu olsun, istər Bakı, istər Şəki - maraqlandırmır. Bir də gördün,  “ xüsusi qazi əməliyyatı” keçirib, dövlətin məhkəmə qətnaməsinin, Konstitusiyanın Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malik olduğunu ali dövlət hakimiyyəti orqanlarına, prezident köməkçisi Kərəm Həsənova  (da) sübut etdilər.

BƏHRUZ NURİYEV -10A ÜNVANINDAKI OTAQLAR QARABAĞ QAZİLƏRİNİNDİR və NİDA İŞARƏSİ!

Məğrur BƏDƏLSOY