"İqtisadiyyatı "dubinka" ilə idarə etmək mümkün deyil" - NATİQ CƏFƏRLİ
"Cənubi Qafqazda adambaşına düşən ümum daxili məhsula görə sonuncu yerə yuvarlanırıq"
"Hörmətli qalstuklu müəllimlər, bir çox məsələləri "dubinka" ilə həll edə, sakitçiliyi, pvesdo-sabitliyi müvəqqəti olaraq "dubinka" ilə təmin edə bilərsiz, amma iqtisadiyyatı "dubinka" ilə idarə etmək mümkün deyil". Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
İqtisadçı ekspertin sözlərinə görə, məmləkətin iqtisadi vəziyyəti ağırlaşır, bu problemin həll yolu isə qapanmaqdan deyil, hüquqi dövlət olmaqdan, investisiyalara qucaq açmaqdan keçir: ""Dubinka" dayanıqlı və uğurlu həll yolu deyil, əsl sabitlik orta sinfin sayının artması, əhalinin rifah halının yüksəlməsi ilə mümkün ola bilər. Bitməkdə olan ilin nəticələrinə görə, Cənubi Qafqazda adambaşına düşən ümum daxili məhsula görə sonuncu yerə yuvarlanırıq. Doğrudur, hələ ki, fərq çox azdır, amma artıq bizim əlehimizə ara açılır".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az