İrakli Kobaxidze: Gürcüstanın Moldova ilə müqayisəsi təhqiramizdir
İrakli Kobaxidze Gürcüstanın Moldova ilə müqayisəsini təhqiramiz adlandırıb. Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Josep Borrell Gürcüstanın hakim partiyasının ölkəni Avropaya gedən yoldan avtoritarizmə doğru apardığını bildirib və Moldovanı hökumətin görünməmiş təzyiqlər qarşısında dayanıqlılığına görə tərifləyib.
"Gürcüstanı Moldova ilə müqayisə etməyə gəlincə, bu, tamamilə təhqiramizdir. Gürcüstan istər demokratiya, istər insan haqları, istərsə də iqtisadiyyat baxımından bütün parametrlərdə Moldovanı qabaqlayır. Bizdə daha güclü dövlət institutları var. Xatırlatmaq istərdim ki, partiyalar və KİV-lər Moldovada qadağandır, siyasi və media plüralizmi yoxdur”, deyə Gürcüstanın baş naziri bildirib.
Gürcüstanın baş nazirinin sözlərinə görə, hakimiyyət müvəqqəti xarakter daşıdığı üçün bu cür bəyanatlara xüsusi əhəmiyyət verməyəcək və Ukraynada münaqişə bitən kimi Gürcüstanın Aİ ilə münasibətləri yenidən bərpa olunacaq.
Ülviyyə, Hurriyyet.az