İrakli Kobaxidze: Müxalifət qalib gəlsə, Gürcüstan Rusiyaya qarşı cəbhə olacaq
2024-07-25 10:58:07
Oktyabrda keçiriləcək parlament seçkilərində müxalifət qalib gəlsə, Gürcüstan bir neçə gün ərzində Rusiya Federasiyasına qarşı ikinci cəbhəyə çevriləcək. Bunu Gürcüstanın baş naziri Kobaxidze deyib.
"Bunu məndə olan məlumata əsasən deyirəm" dedi. Hökumət başçısının sözlərinə görə, Ukraynada müharibə başlayandan sonra müxalifət və Ukrayna rəhbərliyi Gürcüstanı münaqişə zonasına hərbi personal göndərməyə çağırıb: “Bu, Gürcüstanın Rusiya ilə qarşıdurmaya tam daxil olması demək olardı”.
Kobaxidze bir daha vurğuladı ki, Gürcüstanın “ölkəni Ukrayna yolu ilə aparmamaq üçün” kifayət qədər təcrübəsi var.
Ülviyyə, Hurriyyet.az