📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrakli Kobaxidze: Tiflis Rusiya əleyhinə sanksiyalara qoşulmayacaq

2022-03-16 16:23:00

İrakli Kobaxidze: Tiflis Rusiya əleyhinə sanksiyalara qoşulmayacaq

Gürcüstan hakimiyyəti Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bir daha bəyan edib. “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze deyib ki, Tiflis hakimiyyət əleyhdarlarının çoxsaylı kampaniyalarına baxmayaraq, Rusiyaya qarşı sanksiyalara qoşulmaq niyyətində deyil.
Kobaxidze hakim partiyanın qərargahında bu sözlərlə çıxışına başlayıb:
“Gürcüstan hökuməti iqtisadi sanksiyalar tətbiq etməklə Rusiyaya zərər vura bilməyəcək, əksinə, ən ağır zərbəni öz ölkəsinə və əhalisinə vuracaq. Ona görə də bizim sanksiyaların tətbiqi ilə bağlı mövqeyimiz dəyişməzdir, heç kim bu mövqeyi nə təxribatlarla, nə də gizli kampaniyalar və ya xarici lobbiçilərin köməyi ilə dəyişə bilməz. Gürcüstan Rusiyaya qarşı tətbiq edilən sanksiyalara qoşulmayacaq”, deyə Kobaxidze brifinqdə bildirib.
Siyasətçi hakimiyyətə qarşı təxribatların Vahid Milli Hərəkat tərəfindən təşkil olunduğu barədə fikirlərini təkrarlayıb və əlavə edib: 2008-ci il müharibəsindən sonra Rusiyanın Gürcüstana təcavüzü səbəbi ilə dünyanın heç bir ölkəsi ona qarşı məhdudiyyətlər qoymayıb, bundan sonra ölkə əraziləri işğal edilib və yüzlərlə hərbçi və mülki vətəndaş həyatını itirib. "CRRC Georgia"nın martın 15-də dərc etdiyi sonuncu rəy sorğusu göstərir ki, ölkə sakinlərinin böyük əksəriyyəti Tiflisin Rusiyaya qarşı Qərb sanksiyalarına qoşulmasını istəyir.

Ülviyyə, Hurriyyet.az