📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İrakli Qaribaşvili ilə Nikol Paşinyan erməni-gürcü sərhədində yeni avtomobil körpüsünün açılış mərasimini edəcək

2022-08-19 12:53:00

İrakli Qaribaşvili ilə Nikol Paşinyan erməni-gürcü sərhədində yeni avtomobil körpüsünün açılış mərasimini edəcək

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Gürcüstan-Ermənistan sərhədi yaxınlığında Debeda çayı üzərindən yeni avtomobil körpüsünün rəsmi açılış mərasimində iştirak edəcək.
Baş nazirin mətbuat xidmətinin məlumatına görə, tədbirdə İrakli Qaribaşvili ilə birlikdə Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək.
“Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstan-Ermənistan sərhədi yaxınlığında Debeda çayı üzərində yeni avtomobil körpüsünün rəsmi açılış mərasimində iştirak edəcəklər”, deyə baş nazirin mətbuat xidməti məlumat yayıb.
Körpünün açılış mərasimi bu gün saat 14.00-da baş tutacaq.

Ülviyyə, Hurriyyet.az