İran Suriyanın şimalında mövqeyini gücləndirdi - Minaq aeroportunu nəzarətə aldı
Hurriyyet.az xəbər verir ki, İran Suriyanın şimalına 600 nəfər döyüşçü, 15 tank, zirehli texnika və reaktiv yaylım atəşi sistemlərini yerləşdirib. İran qüvvələri Tel-Rüfət şəhərini və onun ətrafını tutaraq Minaq aeroportunu tamamilə nəzarət altına alıblar. Bu barədə məlumat avia.pro saytında dərc edilib.
Suriyanın şimalında faktiki olaraq, bütöv bir batalyon-taktiki qrup yerləşdirilib – bura İran hərbçiləri, iranameylli döyüşçülər və hərbi texnika daxildir.
Mənbələrin verdikləri məlumata görə, hazırda Tel-Rüfətdə İran qüvvələri toplaşıb. İran Suriyadakı Minaq aeroportundan taktiki raket komplekslərini və çoxsaylı silahlı dronlarını yerləşdirmək üçün istifadə edə bilər.
Türkiyəli jurnalist Bedrettin Bölükbaşı “Tvitter” və “Teleqram”dakı kanallarında ərəb mənbələrinə istinadla yazır: “Mahir Əsədin nəzarətində olan və İran tərəfindən dəstəklənən Dördüncü Zirehli Diviziyannın hərbçiləri dəstək üçün Minaqa gəliblər... İranlı yaraqlılar Nubl və Zəhrada əlavə qüvvələrlə möhkəmləndiriliblər”.
Hürr Tərcüman