İran 11 nəfəri edam etdi - Biri qadındır
2023-12-02 22:22:25
İranda növbəti edamlar icra edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
İranda bir qadın məhbusun edam edilməsi ilə Rəşt şəhərindəki Lakan zindanında həyata keçirilən edamların sayı üçə yüksəlib.
Qızılhisar zindanında altı, Zahidan mərkəzi həbsxanasında isə iki bəluc məhbus dar ağacından asılıb. \\Cebhe.info