📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran 2023-cü ildə Ermənistanın da daxil olduğu ittifaqla müqavilə imzalayacaq

2022-12-27 15:19:00

İran 2023-cü ildə Ermənistanın da daxil olduğu ittifaqla müqavilə imzalayacaq

Hurriyyet.az xəbər verir ki, İran İslam Respublikası Sənaye və Ticarət Nazirliyinin nümayəndəsi Omid Qalibaf 2023-cü il yanvarın 18-də Avrasiya İqtisadi İttifaqı ilə İİR arasında azad ticarət barəsində razılaşma imzalanacağını bildirib. Məlumatı İSNA agentliyi yayıb.

Qalibafın sözlərinə görə, hazırda Avrasiya İqtisadi İttifaqı İranın 500 adda ticarət məhsuluna, İran isə ittifaqın 400 adda məhsuluna güzəştli tariflər tətbiq edir.

Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqı 29 may 2014-cü ildə Belarus, Qazaxıstan və Rusiya tərəfindən imzalanmış müqavilə ilə qurulan siyasi və iqtisadi təşkilatdır. Ermənistanı da Avrasiya İqtisadi Birliyinə daxil edən müqavilə 9 oktyabr 2014-cü ildə imzalanıb. Birlik rəsmi olaraq 1 yanvar 2015-ci ildə fəaliyyətə başlayıb.

Hürr Tərcüman