📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran 28 ölkədən olan turistlərdən viza tələb etməyəcək

2024-01-31 13:23:54

İran 28 ölkədən olan turistlərdən viza tələb etməyəcək

Hurriyyet.az xəbər verir ki, İranın Xarici İşlər Naziriliyi fevralın 4-dən etibarən 28 ölkədən olan turistlərin vizalarının ləğv olunduğunu bildirib.
Bu barədə açıqlamanı İranın xarici işlər nazirinin müavini Əlirza Biqdeli İRNA agentliyinə müsahibəsində verib. O, Hindistan vətəndaşlarının yalnız hava yolu ilə gələcəkləri təqdirdə viza almalı olduqlarını bildirib.
İranın fevralın 4-dən etibarən Belarus, Qətər, Qırğızıstan, Meksika, BƏƏ, Səudiyyə Ərəbistanı, Serbiya, Özbəkistan və Yaponiya da daxil olmaqla 28 ölkə ilə viza rejimini ləğv edir.
Biqdeli deyib: "Həmin 28 ölkənin vətəndaşları İrana turist kimi gəldikləri halda 2024-cü il fevralın 4-dən etibarən onlardan viza tələb olunmayacaq". 
Hürr Tərcüman