İran ABŞ-a məxsus 2 PUA-nı ələ keçirdi
2021-11-09 16:16:00
İran Ərəbistan dənizində hava hücumundan müdafiə identifikasiyası zonasına daxil olan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus 2 ədəd PUA ələ keçirib.
Hurriyyet.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Məlumata görə, İran ordusu ölkənin cənub-şərqində Sistan-Bəlucistan əyalətinin Mekran çimərliklərində keçirdiyi "Zülfüqar 1400" adı altında təlimlər zamanı İranın hava hücumundan müdafiə identifikasiya zonasına (ADIZ) daxil olan ABŞ-a məxsus 2 ədəd RQ4 və MQ-9 tipli PUA-nın ələ keçirilib.
İran bu barədə dərhal ABŞ-a xəbərdarlıq edib.
İddialara görə, ABŞ PUA-ları İran ordusunun keçirdiyi təlimlə bağlı məlumat toplamaq üçün bölgəyə göndərilib.