📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran ABŞ-a Yaxın Şərqdəki müharibənin alovlanmasını istəmədiyini bildirib

2023-11-17 11:47:13

İran ABŞ-a Yaxın Şərqdəki müharibənin alovlanmasını istəmədiyini bildirib

Tehranla Vaşinqton vasitəçilər vasitəsi ilə danışırlar

Hurriyyet.az xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Tehranın Fələstin-İsrail münaqişəsinin alovlanmasını istəmədiyini və bu barədə bəyanatın diplomatik kanallar vasitəsi ilə Vaşinqtona göndərildiyini bildirib. Nazir Yaxın Şərqdəki münaqişənin alovlanmasının qaçılmazlığının mümkün olduğunu da deyib.

Nazir deyib: “Son 40 gün ərzində İsveçrənin Tehrandakı səfirliyinin Amerika şöbəsi vasitəsi ilə İran ilə ABŞ arasında ismarıc mübadiləsi olub”.

Abdullahiyan İran ilə ABŞ arasında birbaşa danışıqların aparılmayacağını da qeyd edib.

Hürr Tərcüman