İran-ABŞ bazar ertəsi yeni nüvə razılaşmasını müzakirə edəcək
ABŞ və İran, nüvə proqramına məhdudiyyətlər üzrə yeni danışıqlara doğru ilk addım kimi qiymətləndirilən razılaşmada bazar ertəsi günü razılaşmaların müzakirəsini aparmağa hazırlaşır. Bu barədə “Bloomberg” yazır.
Mənbələrin bildirdiyinə görə, mübadilənin dəqiq tarixi hələ müəyyən edilməyib, lakin böyük ehtimalla bu, BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək illik iclasından bir gün əvvəl, sentyabrın 18-də baş tutacaq.
Bundan əlavə, rəsmi Tehran bundan əvvəl prezident İbrahim Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında şəxsən iştirak edəcəklərini bildirmişdi. İran XİN-nin sözçüsü Nasser Kanani isə bu həftə əsirlərin dəyişdirilməsi və İran aktivlərinin dondurulmasının açılması məsələsində amerikalılarla birbaşa təmasları istisna etməyib. Ona görə də ali hakimiyyət nümayəndələrinin iştirakı ilə İran-Amerika sövdələşməsinin nəticəsinin olma ehtimalı kifayət qədər yüksəkdir.
Ancaq ABŞ-dakı hadisələri – Baydenə impiçment təhdidi, nüvə silahına qarşı çıxan komandanın qalib gələ biləcəyi, qarşıdan gələn prezident seçkiləri, İranla razılaşmaq – nəzərə alsaq bunun Vyana danışıqlarını canlandırmaq və JCPOA-nı bərpa etmək istiqamətində bir addım olub-olmayacağı böyük sual işarəsi doğurur.
Eyni zamanda, çərşənbə günü Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Tehranla məhbus mübadiləsi sazişinin bir hissəsi kimi iranlıların adını yalnız uyğun vaxtda çəkəcək.
Bundan əvvəl “New York Times” öz mənbələrinə istinadən xəbər vermişdi ki, İran və ABŞ məhbusların mübadiləsi ilə bağlı razılığa gəliblər, üstəlik Tehran “humanitar məqsədlər” üçün istifadə üçün 6 milyard dollar dəyərində dondurulmuş aktivlərə də çıxış əldə edəcək. İranda qeyd edildiyi kimi, məbləğ Cənubi Koreyadakı dondurulmamış İran hesablarından göndəriləcək və Qətər bankındakı hesaba yatırılacaq. Dövlət Departamenti daha sonra məsələyə aydınlıq gətirərək bildirib ki, dondurulmamış vəsait İrana məxsus olub, Tehran onlardan yalnız humanitar məqsədlər üçün istifadə edə biləcək və ABŞ bu vəsaitlərin hara getməsinə nəzarət edəcək.
Ülviyyə, Hurriyyet.az