📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İran-ABŞ danışıqları artıq başlanıb"

2025-03-13 15:52:28

Hurriyyet.az TASS informasiya xəbər verir ki,  İranın xarici işlər naziri Abbas Əraqçi Tehran ilə Vaşinqtonun artıq vasitəçilər vasitəsi ilə danışıqlar apardıqlarını söyləyib. Nazir tərəflərin müzakirə mövzusunun İranın nüvə proqramı olduğunu deyib.
Əraqçi deyib: "Bizim mümkün nüvə danışıqları üçün planımız və düşünülmüş strategiyamız var. Danışıqlar vasitəçilər vasitəsilə davam etdirilir və üç Avropa ölkəsi (Böyük Britaniya, Almaniya və Fransa) ilə də qarşılıqlı fəaliyyət kanalı saxlanılır".
Nazir İranın Beynəlxalq Atom Enerjisi Agentliyi və onun baş direktoru Rafael Qrossi ilə əməkdaşlıq etdiyini qeyd edib.
Hürr Tərcüman