📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran-ABŞ danışıqları necə keçib? - Arakçı açıqladı

2025-04-19 20:20:41

İran-ABŞ danışıqları necə keçib? - Arakçı açıqladı

ABŞ-la danışıqların ikinci raundu konstruktiv keçib.

Bu sözləri İran xarici işlər naziri Abbas Arakçı deyib.

“Bugünkü görüş yaxşı və perspektivli görüş oldu. Bu dəfə biz bir sıra prinsiplər və məqsədlər üzərində daha yaxşı anlaşma əldə edə bildik. Danışıqlar davam edəcək və ekspert görüşləri başlayacaq”, - Arakçı vurğulayıb.

Qeyd edək ki, bu gün İran-ABŞ danışıqlarının ikinci raundu Romada keçirilib.\\Axar.Az