📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran ABŞ ilə NATO-nu Ukrayna müharibəsinin səbəbkarları hesab edir

2024-07-11 14:08:27

İran ABŞ ilə NATO-nu Ukrayna müharibəsinin səbəbkarları hesab edir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran Ukraynadakı müharibəyə görə NATO-nun məsuliyyət daşıdığını bəyan edib. İran XİN-in rəsmi təmsilçisi Nəsir Kənani baş verənlərin arxasında ABŞ-ın durduğunu söyləyib.
Kənani Ukraynadakı münaqişəyə görə məsuliyyətin  NATO blokunun üzərinə düşdüyünü deyib: "Təəssüf ki, hazırda Ukraynada gördüklərimiz başda ABŞ olmaqla, NATO-nun hələ də davam edən siyasətinin və aqressiv addımlarının nəticəsidir".
Hürr Tərcüman