İran ABŞ-ın gizli qırıcısını vurdu: F-35 darmadağın edildi
2026-04-03 10:50:02
İran Silahlı Qüvvələrinin Baş Qərargahı ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 qırıcısının ölkənin mərkəzi rayonları üzərində vurulduğunu açıqlayıb.
Hurriyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
ABŞ-ın ən müasir döyüş təyyarələrindən sayılan F-35 İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qabaqcıl hava hücumundan müdafiə sistemi tərəfindən hədəfə alınıb.
“ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-35 təyyarəsi İranın mərkəzi hissəsində səmada vurulub və qəzaya uğrayıb. Bu əməliyyat SEPAH-ın müasir HHM sistemləri vasitəsilə həyata keçirilib”, - deyə rəsmi açıqlamada bildirilir.
Hadisənin təfərrüatı və ABŞ tərəfinin reaksiyası barədə hələlik əlavə məlumat verilmir.