İran ABŞ-ın təhdidlərinə cavab verdi
2026-01-12 13:48:23
Hurriyyet.az xəbər verir ki, xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İran İslam Respublikasını təhdid edən ölkələrə qarşı qabaqlayıcı tədbirlər görmək niyyətində deyil.
"İran müharibəyə hazırdır. Qabaqlayıcı tədbirlər nəzərdən keçirilmir", - deyə o bildirib.
İran xarici işlər nazirinin sözlərinə görə, Tehran diktələri rədd edir və danışıqları yalnız qarşılıqlı hörmət əsasında aparacaq. O qeyd edib ki, danışıqlar dürüst, ciddi və bərabərlik və qarşılıqlı hörmətə əsaslanmalıdır.
Hurriyyet.az