İran ABŞ-ın Yaxın Şərqdəki 16 hərbi obyektinə zərər vurub
2026-05-02 12:22:08
İranın hava hücumları səkkiz Yaxın Şərq ölkələrində ən azı 16 ABŞ hərbi obyektinə zərər vurub.
Hurriyyet.az CNN-ə istinadən xəbər verir ki, bu obyektlər Yaxın Şərqdəki ABŞ hərbi mövqelərinin əsas hissəsini təşkil edir və kanalın məlumatına görə, "onlardan bəziləri artıq faktiki olaraq istifadəyə yararsızdır".
CNN-in məlumatına görə, ABŞ bazalarında əsasən kəşfiyyat təyyarələri, rabitə avadanlıqları və radar sistemləri vurulub. Onların bərpası aylarla vaxt və böyük həcmdə vəsait tələb edəcək.