📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran ABŞ-nin quru əməliyyatına hazırdır – Laricani

2026-03-05 20:57:17

İran ABŞ-nin quru əməliyyatına hazırdır – Laricani

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani bildirib ki, İran ABŞ-ın quru əməliyyatına hazırdır.

Modern.az xəbər verir ki, Laricani bunu X sosial şəbəkəsində yazıb.

“Bəzi ABŞ rəsmiləri minlərlə hərbçi ilə İran ərazisinə daxil olmağı planladıqlarını deyirdilər. İmam Xomeyninin və İmam Xameneyinin cəsur oğulları sizi minlərlə ölən və əsir düşənlərlə utandırmaq üçün gözləyir” - o paylaşımında qeyd edib.