📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran ABŞ vətəndaşını həbs etdi

2023-07-22 10:45:00

İran ABŞ vətəndaşını həbs etdi

İran-ABŞ arasında məhbusların mübadiləsi ilə bağlı danışıqların aparıldığı bir vaxtda Tehran rejimimi daha bir amerikalını həbs edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ-nın "Semafor" saytı məlumat yayıb.

Məlumatda həbs edilən ABŞ vətəndaşının kimliyi qeyd edilmədən onun İranda həbs edilən 4-cü Amerika vətəndaşı olduğu bildirilib.

"İran dördüncü Amerika vətəndaşını həbs edib. Bu da Bayden administrasiyasının məhbusların mübadiləsi və Tehranla gərginliyi azaltmaq səylərini çətinləşdirib”,- məlumatda qeyd edilib./axar.az/