📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran açıqlama verdi: London nə tankları verib, nə də pulları qaytarıb

2021-12-20 17:25:00

İran açıqlama verdi: London nə tankları verib, nə də pulları qaytarıb

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi Londonun indiyə qədər Tehrana təzminat ödəmədiyini bəyan edib.

İran XİN-in rəsmi təmsilçisi Səid Xətibzadə Böyük Britaniya hökumətinin İrana göndərmədiyi tankların borcunu indiyə qədər ödəmədiyini bildirib.

Yaxın günlərdə Britaniya mərbuatı İranın Londondakı səfiri Möhsün Baharvanda istinad edərək, dekabrın əvvəlində Böyük Britaniya nümayəndələrinin Tehrana səfər edərək yerinə yetirilməmiş sövdələşmələrə görə Tehrana kompensasiya ödəmək barəsində danışıqlar apardıqlarını xəbər vermişdi.

“Fars” agentliyi Xətibzdənin çıxışından sitat gətirərək yazır: “Britaniya hökuməti yalnız İrana borcunu ödəməkdən danışır... Böyük Britaniya borcun ödənilməsi məsələsini faktiki olaraq, danışıqların gedişatından asılı edir (Vyanada İranla nüvə müqaviləsinin bərpası və ona qarşı sanksiyaların ləğv edilməsi ilə bağlı müzakirələr gedir). Bu proses davam etdiyi müddətdə İranla Böyük Britaniyanın münasibətlərində heç bir dəyişiklik olmayacaq”.

2012-ci ildə BMT-nin Beynəlxalq Məhkəməsi 1974-cü İngiltərənin International Military Services (IMS) şirkəti ilə İran arasında bağlanan müqaviləni pozduğu üçün  Böyük Britaniyanı İrana 480 milyon dollar həcmində təzminat ödəməyə çağırıb. Həmin müqaviləyə görə, Britaniya şirkəti İrana 1000 ədəddən çox tank tədarük eləməli idi, lakin, 1979-cu ildə İranda islam inqilabı baş verəndən sonra London sazişə əməl eləməkdən imtina edib. İngiltərə hakimiyyəti isə iddia edir ki, İranın Müdafiə Nazirliyi sanksiyalar altında olduğundan borcu qaytara bilməzlər.

Hürr Tərcüman