İran “ağıllı” qanadlı raketlər istehsal edir
2023-12-25 11:23:02
Hurriyyet.az xəbər verir ki, İranın hərbi-dəniz donanmasının ixtiyarına 1000 km-dən artıq uçuş məsafəsinə malik qanadlı raketlər, həmçinin kəşfiyyyat vertolyotları verilib.
Bu barədə məlumatı “Röyters” agentliyi verib.
İranın hərbi dəniz donanmasının başçısı Şahram İrani “Talaeiyeh” qanadlı raketinin 1000 kilometrdən artıq uçuş məsafəsinə malik olduğunu və “missiyanın gedişində hədəfləri dəyişməyi bacaran ağıllı raket” olduğunu qeyd edib. Onun sözlərinə görə, kəşfiyyat vertolyotları, dronlar və dəniz qanadlı raketləri Hərbi Dəniz Qüvvələrinin cəbbəxanasına yeni əlavə edilən silahlardır və onların hamısı İrn hərbi sənayesinin məhsullarıdır.
Hürr Tərcüman