İran Amerika qitəsində taxıl əkəcək
2022-07-26 18:53:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Venesuela kənd təsərrüfatı işləri üçün İrana 1 milyon hektar torpaq ayırıb. Bu barədə məlumatı İranın Daxili İşlər nazirinin iqtisadi məsələlər üzrə müavini Möhsün Kuşeştabar verib. O deyib: “Hazırda bütün dünyada strateji (ərzaq) məhsullarının ehtiyatlarının çatışmazlığı müşahidə edilir”.
Xəbər verdiyimiz kimi, bu ayda Venesuela Prezidenti Nikolas Maduro İrana səfər etmişdi. Səfər zamanı neft, neftayırma, neftkimya, həmçinin, müdafiə, turizm, mədəniyyət və kənd təsərrüfatı sahələrində 20 illik hərtərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdı.
Hürr Tərcüman