📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran amerikalı əsgərlərin ölümünə görə məsuliyyəti rədd etdi

2024-01-29 11:36:30

İran amerikalı əsgərlərin ölümünə görə məsuliyyəti rədd etdi

İranın BMT-dəki Daimi Nümayəndəliyi bəyanat yayaraq, Tehranın İordaniyadakı ABŞ bazasına hücumda iştirak etmədiyini vurğulayıb.

Hurriyyet.az xəbər verir ki, bəyanatda qeyd olunur:

"İranın Amerika bazasına hücumla heç bir əlaqəsi yoxdur".

Bundan əvvəl ABŞ Mərkəzi Komandanlığı Suriya-İordaniya sərhədindəki əl-Tənf bazasına PUA hücumu barədə məlumat yayıb.

3 amerikalı əsgər ölüb, 34 əsgər yaralanıb.

ABŞ prezidenti Co Bayden İranın dəstəklədiyi silahlıların hücuma görə məsuliyyət daşıdığını bildirib.

yenisabah.az