📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Araz çayından yeni su kəməri çəkir

2023-01-07 11:40:00

İran Araz çayından yeni su kəməri çəkir

İran Araz çayından şimal-qərbdəki şəhər və sənaye bölgələrinə su tədarükü ilə bağlı layihənin icrasına başlayıb.

Hurriyyet.az xəbər verir ki, layihənin icrasına Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın sərhəddindən 20 km məsafədə yerləşən Zal kəndindən boru kəmərinin çəkilişi ilə start verilib.

Layihəyə əsasən 2026-cı ilə qədər Şərqi Azərbaycan əyalətinin paytaxtı və İranın altıncı ən böyük şəhəri Təbrizdə, həmçinin onun ətrafında yerləşən şəhər və kəndlərdə yaşayan 1,75 milyon insanın su ilə təmin edilməsi planlaşdırılır.

yenisabah.az