📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran "Arman" bombalarını təqdim etdi

2023-08-22 21:11:17

İran

İranın paytaxtı Tehranda PUA-lara quraşdırılmış “Arman-1” və “Arman-2” idarəolunan bombaların təqdimatı keçirilib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, sözügedən bombalar bu gün təqdim olunan “Mühacir-10” PUA-sına quraşdırılıb.

“Arman-1” bombasının 35 kiloqram ağırlığında olduğu və 20 kilometr məsafə qət edə bildiyi deyilir. Elektrik mühərrikindən istifadə edən “Arman-2” bombasının çəkisi isə 40 kiloqramdır və 100 kilometr məsafə qət etmək bacarığındadır.\\Axar.az