İran avtomobilləri Rusiya bazarını fəth edir!
Sanksiyaların və ortaq maraqların qardaşlaşdırdığı ölkələrin əməkdaşlığı
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, yayın əvvəlindən etibarın Rusiya avtosalonlarında İran avtomobillərinin satışı start götürəcək.
İranın “Saipa” zavodunun üç modeli artıq iyunun ilk günlərində Rusiyada satışa çıxarılacaq. İlk partiyada “Quik”, “Saina” və “Şahin” modellərindən olan 1000 avtomobil Rusiyaya aparılacaq. Bu barədə açıqlamanı Rusiyanın “Best Motors” şirkətinin baş direktoru Aleksandr Stepanov verib. Qiymətlər 1 milyon rubldan 1,7 milyon rubla qədər olacaq. Rusiyada təkcə 2023-cü ildə “Saipa” modelindən olan 10 minə qədər avtomobilin satışı planlaşdırılır.
Şirkətin rəhbərliyi gələcəkdə “Sankt Peterburqda” öz müəssisəsini açmaq imkanlarını araşdırır.
Hürr Tərcüman