📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Azərbaycan və Ermənistana uçuşları ləğv etdi

2023-09-20 15:33:34

İran Azərbaycan və Ermənistana uçuşları ləğv etdi

İran hakimiyyəti Azərbaycan və Ermənistana bütün reysləri ləğv edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə İran Mülki Aviasiya Təşkilatının rəhbəri Məhəmməd Məhəmmədi-Baxş məlumat verib.

“Bölgədəki xüsusi vəziyyətlə əlaqədar bu gündən etibarən İran və Ermənistan, eləcə də İran və Azərbaycan Respublikası arasında bütün uçuşlar ləğv ediləcək”, - o bildirib./axar.az/