📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Azərbaycana münasibətləri əvvəlki məcraya qaytarmaq üçün "niyə yalvarır?"

2023-06-13 13:49:00

İran Azərbaycana münasibətləri əvvəlki məcraya qaytarmaq üçün

İran mediası Azərbaycanın nəinki regional, hətta qlobal geosiyasi zəfərlərindən sonra “özünə gələ bilmir”. Belə ki, iranlı ekspert Əbdürrəhman Fəthullahi İran XİN-ə yaxın “İran Diplomatlyası” saytında, “Azərbaycanı cilovlamaq üçün daha ciddi tədbirlər görmək lazımdır: Bakı Tehranı Qafqazdakı proseslərdən uzaqlaşdırmağa çalışır”, başlıqlı qərəzi yazı yazıb.
Yazıda İranın hansısa səbəbdən “əl-ayağa düşdüyü” açıq sezilir. Görünür, sonradan gedən qatarın ardınca baxmaq məcburiyyətində qalmaq istəməyən Tehran panikaya qapıldığını açıq biruzə verir. Yazıda deyilir:
“Azərbaycan və İran arasında son günlər və həftələr gərginliyin davam etməsi məsələsi yenidən İran XİN-in mətbuat katibinin həftəlik brifinqində qaldırılıb.
Nasir Kənani dünən (bazar ertəsi) jurnalistlərə açıqlamasında İranın Azərbaycanla bağlı siyasətini gərginlik yaratmaq deyil, gərginliyi aradan qaldırmaq, iki ölkə arasında dostluq münasibətləri çərçivəsini qoruyub saxlamaq və ikitərəfli əlaqələri öz təbii məcrasına qaytarmaq olduğunu bildirib. Azərbaycan Respublikası vətəndaşının casusluq ittihamı ilə həbs edilməsi məsələsi və bu ölkənin Xarici İşlər Nazirliyinin öz vətəndaşlarını İrana səfər etməməyə çağırışı iki ölkə münasibətlərində gərginliyi bir daha qabardıb. Təbii ki, ötən il Tehranda “Bakının” səfirliyinə hücumdan sonra baş verən silsilə hadisələr və iki ölkə arasında problemlər və anlaşılmazlıqların kəskinləşməsi bu ixtilafları aradan qaldırmaq üçün İran və Azərbaycan xarici işlər nazirlərinin telefonla üç dəfə danışmasına səbəb olub.
Bununla belə, 2020-ci ilin sentyabrında 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan rəsmilərinin addımları, qərarları və açıqlamalarının toplusuna ümumi nəzər saldıqda demək olar ki, Bakı-Tehran münasibətlərindəki mövcud vəziyyətin daha çox gücə və ünsiyyətə ehtiyacı var...”.

Ülviyyə, Hurriyyet.az