📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Azərbaycana qarşı döyüşmüş işğalçı erməni ordusunun yaralılarını müalicə eləməyə hazırdır

2023-02-27 23:16:00

İran Azərbaycana qarşı döyüşmüş işğalçı erməni ordusunun yaralılarını müalicə eləməyə hazırdır

Hurriyyet.az “news.am” saytına istinadla xəbər verir ki, İranın Əmək və Sosial Rifah naziri Seyid Sultan Murtuzavi Ermənistanın Əmək və Sosial Məsələlər naziri Narek Mkrtçyanla görüşü zamanı İranın 2020-ci ildə Azərbaycan torpaqlarının işğaldan azad edilməsi zamanı yaralanaraq əlil olmuş işğalçı erməni hərbçilərinə “reabilitasya xidməti göstərməyə və bu sahədə qabaqcıl təcrübəsini bölüşməyə hazır” olduğunu bəyan edib.

İranlı nazirin sözlərinə görə, iki ölkə arasında “xüsusilə də son illərdə sıx və effektli əməkdaşlıq” formalaşıb.

Hürr Tərcüman