📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"İran Azərbaycandan gələn təhdidləri zərərsizləşdirmək üçün bütün vasitələrdən istifadə edəcək" - Voskanyan

2022-11-13 00:32:00

“İran Azərbaycan ərazisindən gələn təhdidləri zərərsizləşdirmək üçün bütün vasitələrdən istifadə edəcək”.

Bunu İranşünas Vardan Voskanyan  sosial şəbəkə hesabında yazıb.

“İran Azərbaycanı regionun təhlükəsizliyinə təhdid görür. İran hesab edir ki, Azərbaycanın “bütün qonşuları ilə problemi var” və xüsusən də İrana qarşı düşmənçilik nümayiş etdirir.

Ona görə də İran tərəfi öz milli təhlükəsizliyinə Azərbaycan ərazisindən gələn təhdidləri zərərsizləşdirmək üçün bütün vasitələrdən istifadə edəcək”, – Voskanyan yazıb.

P.S. Gör kim kimi dəstəkləyir, kim kimi təhdid hesab edir… İranın maskası cırılandan bəri erməni “qardaşları”na yaman qahmar çıxır, o bunu dəstəkləyir, bu onu tərifləyir… Ürəkləri dolu imiş ki, bu “iki qardaş”ın. 30 il məscidlərdə donuz saxlayan Ermənistanla bütün varlığı ilə türkə nifrət edən İran regionun təhlükəsizliyinin “qayğısına qalır”. \\KONKRET.az