📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

İran Azərbaycanın şimal sərhədində “qovşaq” açır

2023-04-27 10:55:00

İran Azərbaycanın şimal sərhədində “qovşaq” açır

İran Dağıstanı regionunu aviasiya qovşağı kimi görür.

Hurriyyet.az xəbər verir ki, bu barədə Dağıstan hökumətindən məlumat verilib.

“İran tərəfi Dağıstanda aviasiya qovşağının açılmasını, o cümlədən təyyarələrin və ehtiyat hissələrinin təmiri üzrə müəssisənin yaradılmasını və yük qovşağının təşkilini təklif edib. İran ərazi yaxınlığına görə Dağıstanda sözügedən obyektin yaradılmasını təklif edir”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, dünən Dağıstanın Baş naziri Əbdülmüslim Əbdülmüslimovla İranın “Pars Golden Sky” səhmdar cəmiyyətinin nümayəndələri arasında görüş keçirilib.

axar.az