İran Bakı ilə Aşqabadın arasını vurmağa çalışır
İran mediası, Türkmənistanla Ermənistan iqtisadi-ticarət əlaqələrini genişləndirməsindən sevinc hissi ilə bəhs edir. Belə ki, iyunun 22-də Türkmənistanın İrəvandakı səfiri Məhəmmədgəldi Ayazovun Ermənistan Ticarət və Sənaye Palatasının sədri Andranik Aleksanyan və sədr müavini Karen İvanovla görüşdə iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunması İran mediasının gündəminə düşüb. Xəbəri "Fars News" agentliyi paylaşıb.
Görüşdə ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, iki ölkənin işgüzar dairələri arasında əlaqələrin qurulması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə, Türkmənistan-Ermənistan birgə şirkətlərinin yaradılması, Türkmənistan ərazisində keçirilən müxtəlif beynəlxalq konfrans və sərgilərdə erməni şirkətlərinin iştirakının təşkili ilə bağlı təkliflər səsləndirilib.
Ermənistanın Ticarət və Sənaye Palatasının nümayəndələri Türkmənistanın nəqliyyat və logistika sahəsində mühüm potensialına diqqət çəkiblər.
Türk Dövlətləri Birliyi və İslam Əməkdaşlıq Təşkilatının üzvü olan Türkmənistanın əli müsəlman türklərinin qanına bulaşmış işğalçı və barbar Ermənistanla iqtisadi-ticarət əlaqələrini günü-gündən genişləndirməsi təəccüb və təəssüf doğurur. Əlbəttə, bəllidir ki, burada Türkmənistanı öz tərəfinə çəkmək istəyən və özünün Türkiyəyə alternativ olaraq qaz xabına çevrilməsinə çalışan molla rejimsiz keçinilməyib. Üstəlik SEPAH mediasının da belə xəbərləri tirajlamasi düşündürücüdür.
Ülviyyə, Hurriyyet.az